Repower® RE05
Repower Re05 - sement əsaslı, polimer qatqılı, yüksək stabilliyə sahib səth düzəltmə və təmir materialıdır.
İstifadə sahələri
- Üfüqi və şaquli səthlərdə istifadə oluna bilər
- Beton səthlərin suvanmasında və təmirində
- Divar və tavanların suvanmasında
- Mövcud suvaqların təmirində
- Kafel və keramika tətbiqindən əvvəl hamar olmayan səthlərin təmirində və düzəldilməsində
- İzolyasiya tətbiqindən əvvəl hamar olmayan səthlərin təmirində və düzəldilməsində
- Çatlamış, oyulmuş, qopmuş beton və suvaq səthlərin təmirində və düzəldilməsində istifadə olunur
Üstünlükləri
- Sadəcə su ilə qarışdırılır və asan tətbiq olunur
- Yüksək stabilliyə sahibdir
- Düzgün səth əldə etməyi asanlaşdırır
- Tərkibində lif olduğu üçün geniş səthlərdə çat vermədən tətbiq olunur
- Donma və ərimə döngüsünə davamlıdır
- Betona və suvağa yüksək aderansa sahibdir
| Materialın tərkibi | Sement, mineral dolğular və xüsusi kimyəvi qatqılar |
| Rəngi | Boz |
| Təzyiq müqaviməti - EN 12190 (28 gün) | ≥ 15 MPa |
| Əyilmə müqaviməti EN 196-1 (28 gün) | ≥ 5 N/mm2 |
| Kapilyar su əmməsi - EN 13057 | ≤ 0,5 kq.m-2 .h-0.5 |
| Clor iyonu miqdarı EN 1015-17 | ≤ 0,05% |
| Tətbiq qalınlığı (tək qatda) | min. 2 mm, maks. 10 mm |
| Tətbiq olunacaq səthin temperaturu | +5°C +30°C |
| İstifadə müddəti | 45 dəq |
| Tam bərkimə müddəti | 28 gün |
| Qarışığın sıxlığı | 1,68 kq/litr |
Digər məhsullar
hamısına baxSualınız var?
Bir kliklə WhatsApp-a yazın, dərhal yardımçı olaq.
repower-re05-az.pdf