
Repower® Water Stopper
Repower Water Stopper aktiv su sızmalarında, izolyasiya və təmir işlərində istifadə olunan, su ilə qarışdıqda dərhal sərtləşən, yüksək yapışma qabiliyyətinə malik, polimer, xüsusi sement və mineral doldurucular olan təmir və tıxanma materialıdır.
EN 1504-3 / R2 sinfinə uyğundur.
İstifadə sahələri
- Aktiv su sızmalarının qarşısının alınmasında
- Statik (hərəkətsiz) çatların təmirində
- Betondakı sabit çat təmirlərində
- Su izolyasiyasından əvvəl beton birləşmə yerlərindəki künclərin ovallaşdırılmasında
- Betondan boru, kabel və digər sistemlərin keçdiyi yerlərin təmirlərində
- Beton səthlərinin nahamarlıqlarının sürətli təmirində
- İzolasiyadan əvvəl su sızmalarının sürətli tıxaclanması və doldurulmasında
- Qəlib bağlantı elementlərinin boşluqlarının doldurulmasında istifadə olunur
- Metal ankerləmə və montaj elementlərinin müvəqqəti və qalıcı montajında istifadə olunur
Üstünlükləri
- Aktiv su sızmalarını ani və etibarlı şəkildə dayandırır
- Tək komponentlidir, sadəcə su ilə qarışdırılır
- Hazırlanması və tətbiqi asandır
- Doldurulduğu yerdə genişlənərək tam yerləşir və tıxanma əmələ gətirir
- Yüksək müqavimətə və stabilliyə malikdir
- Materialın tətbiqindən 5 dəqiqə sonra üzərinə suvaq, su izolyasiyası və ya keramika döşənə bilər
- Betonun içərisində olan dəmir bağlantılara zərər vermir
Materialın tərkibi | Xüsusi sement, polimer və mineral dolğular |
Rəngi | Boz |
İstifadə müddəti | 60-90 san |
Tam quruma müddəti | 2-3 dəqiqə |
Təzyiq müqaviməti (3 gün) EN 12190 (30 dəqiqə) | ≥ 7 MPa |
Təzyiq müqaviməti (7 gün) EN 12190 (24 saat) | ≥ 10 MPa |
Təzyiq müqaviməti (28 gün) EN 12190 | ≥ 30 MPa |
Materialın sıxlığı | 1,35 kq/litr |
Digər məhsullar
hamısına baxSualınız var?
Bir kliklə WhatsApp-a yazın, dərhal yardımçı olaq.
