ThermoPower® Classic
THERMOPOWER CLASSİC - sement əsaslı, mexaniki müqaviməti artıran xarici termo izolyasiya kompozit sistemləri (ETICS) üçün son qat dekorativ suvaq materialıdır.
İstifadə sahələri
- Polistirol (EPS, XPS) əsaslı və daşyunu lövhələrin üzərinə, xarici termo izolyasiya kompozit sistemlərində son qat suvağı kimi istifadə olunur
- Hamar vurulmuş suvaq, beton, qazbeton və ya daşma qabiliyyətini itirməmiş silikat və akril əsaslı köhnə boyaların üzərinə tətbiq olunur
Üstünlükləri
- Tikililərə təbii və dekorativ görünüş verir
- İstənilən rəngdə boyanıla bilər
- Termo izolyasiya sistemlərini xarici təsirlərdən qoruyur
- Çətin hava şəraitinə davamlı və yüksək su itələmə xüsusiyyətinə malikdir
- Sement əsaslı olması və xüsusi formulu sayəsində mükəmməl bir buxar keçiricilik xüsusiyyətinə sahibdir
- Daxili və xarici məkanlarda istifadə oluna bilər
- Tətbiqi və naxış verilməsi asandır
- Tətbiq olunduğu səthlərə mükəmməl yapışır
- Çatlama və tökülmə olmur
- İşlədilmə müddəti uzundur
- Səthlərdə təmin etdiyi homogen naxışı sayəsində kiçik xətaları örtür
Texniki Göstərişlər
- Materialın tərkibi: Xüsusi doldurucular, sement və polimer qatqılar
- Rəngi: Bej
- Təzyiq müqaviməti EN 196: ≥ 3,0 N/mm²
- Əyilmə müqaviməti EN 196: ≥ 1,5 N/mm²
- Zərbə müqaviməti EN 13497: ≥ 2 Coul
- Qat qalınlığı: Maks. 2 mm
- Yanğın sinifləndirilməsi: A1
- Tətbiq ediləcək səthin temperaturu: +5°C - +30°C
- Yuxarıdakı göstəricilər +23°C-də və 50% nisbi rütubət şəraitində verilmişdir. Yüksək temperatur müddəti qısaldır, aşağı temperatur müddəti uzadır.
| Materialın tərkibi | Xüsusi doldurucular, sement və polimer qatqılar |
| Rəngi | Ağ |
| Təzyiq müqaviməti EN 196 | ≥ 3,0 N/mm² |
| Əyilmə müqaviməti EN 196 | ≥ 1,5 N/mm² |
| Zərbə müqaviməti EN 13497 | ≥ 2 Coul |
| Qat qalınlığı | Maks. 2 mm |
| Yanğın sinifləndirilməsi | A1 |
| Tətbiq ediləcək səthin temperaturu | +5°C - +30°C |
Digər məhsullar
hamısına baxSualınız var?
Bir kliklə WhatsApp-a yazın, dərhal yardımçı olaq.
thermopower-classic-ru-1-1.pdf