
İzopower® B40
IZOPOWER B 40 - sement və polimer dispersiya əsaslı, iki komponentli, yarı elastik su izolyasiya materialıdır.
İstifadə sahələri
- Daimi su ilə təmasda olan məkanlarda kafel və metlax vurulmazdan öncə istifadə olunur
- İstinad, təməl, pərdə və bənd divarlarında
- İçməli və texniki su ambarlarında
- Su idman (olimpiya) və süni bəzək hovuzlarında
- Sanitar qovşaq, hamam, mətbəx, balkon və digər bunun kimi bütün daimi və ya qismən su, nəm ilə qarşılıqlı təmas olan məkanlarda
- Soyuq hava ambarlarının divar və döşəmələrində
- Terraslarda (üzəri örtülmək şərti ilə)
- Beton konstruksiyalarda incə və hərəkət etməyən çatların nəm keçirməməsi hallarında
Üstünlükləri
- Asan hazırlanır və tətbiq olunur
- Yarı elastikdir
- Fırça, mala və ya püskürtmə aləti ilə tətbiq oluna bilər
- Yüksək yapışma qabiliyyəti və elastikliyi sayəsində suvaq,döşəmə suvağı (şap)vədigər səthlərin üzərinə üzlük plitələri yapışdırmazdan əvvəl su keçirməyən möhkəm hidroizolyasiya təbəqəsi yaradır
- Donma-ərimə döngüsünə davamlıdır
- Su keçirməyən xüsusiyyəti olsa da buxar keçirmə xüsusiyyətinə malikdir
- İşlədilmə müddəti uzundur
- Çox yüksək yapışma müqavimətinə sahibdi
- Sukeçirməzliyi: 4 bar-a qədər pozitiv su təzyiqinə qarşı dayanıqlır
Materialın tərkibi | Xüsusi sement,mineral dolğular,maye polimer dispersiya |
Rəngi | Boz |
Tətbiq ediləcək səthin istiliyi | +5°C +25°C |
Yapışma müqaviməti | ≥ 1.50 N/mm² |
Qarışımın istifadə müddəti | 2 Saat |
Təzyiqli suya davamiyyəti | 4 bar (müsbət) |
İstifadəyə verilmə müddəti | 1 həftə |
Üzərinin örtülməsi | 3 gün |
Qarışığın sıxlığı | 1.90 kq/lt |
Digər məhsullar
hamısına baxSualınız var?
Bir kliklə WhatsApp-a yazın, dərhal yardımçı olaq.
