İMZALI CERAM® STANDARD C1T
İMZALI CERAM® STANDARD C1T - yüksək stabilliyə malik, sement əsaslı kafel və keramika yapışdırıcısıdır.
EN 12004-1 standardına görə C1 T sinfinə uyğundur.
C1 = Sement əsaslı, normal sərtləşən yapışdırıcıdır.
T = Sürüşməsi azaldılmışdır.
İstifadə sahələri
- Daxili məkanlarda, şaquli və üfüqi tətbiqlərdə;
- Kiçik və orta ölçülü kafel və keramikaların yapışdırılmasında;
- Hamam, mətbəx, dəhliz kimi yerlərdə kafel və keramikaların yapışdırılmasında istifadə olunur.
Üstünlükləri
- Asan hazırlanır və asan tətbiq olunur.
- Yüksək yapışma xüsusiyyətinə malikdir.
- Vertikal tətbiq zamanı sürüşmə baş vermir.
- İdeal işlənmə müddəti.
| Materialın tərkibi | Mineral dolğular, sintetik qatqılar və xüsusi sement |
| Rəngi | Boz |
| Yapışma müqaviməti - EN 12004-2 | ≥ 0.5 N/mm2 (28 gün) |
| Açıq gözləmə müddəti EN 12004-2 | 20 dəq |
| İstifadə müddəti | 2 saat |
| Tətbiq ediləcək səthin istiliyi | +5°C +25°C |
| Xidmət istiliyi | -20°C +80°C |
| Dərz dolğu müddəti | 24 saat |
| İstifadəyə açma müddəti | 24 saat |
| Qarışığın sıxlığı | ~ 1,57 kq/lt |
Digər məhsullar
hamısına baxSualınız var?
Bir kliklə WhatsApp-a yazın, dərhal yardımçı olaq.
ceram-standart-c1t-en-1.pdf