İstifadə sahələri
Ana səhifə / İstifadə sahələri / Zirzəmi və Bünövrə
Daxili su izolyasiya proseduru
Səthin hazırlanması
Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth, yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli və səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmamalıdır. Səthdəki artıq dəmir və taxta parçaları çıxarılıb əgər varsa, aktiv su sızmaları ani bərkidən təmir materialı ilə təmir edilməlidir. 5 mm - 20 mm arası dərinlikdə olan boşluqlar iki gün əvvəldən uyğun bir təmir materialı ilə təmir edilməlidir. Tətbiq olunacaq səth tətbiqdən əvvəl su ilə isladılmalı, amma su gölü yaradılmamalıdır.
Su izolyasiya tətbiqi
İki komponentli su izolyasiya məhsulu beton səthə fırça və ya rulo ilə tətbiq edilir. Hazır məhsul daha öncə nəmləndirilmiş səthə 2 və ya 3 qat halda tətbiq edilə bilər. Hər bir qat çəkilmədən öncə altdakı qatın quruması gözlənilir. Hər qat biri-birinə əks istiqamətdə tətbiq olunmalıdır. Müəyyən temperaturlardan asılı olaraq 5-6 saat gözlənildikdən sonra növbəti qat tətbiq edilməlidir. Səth quruduqdan sonra ən azı 7 gün tam quruması gözlənilməli və 24 saat ərzində sızma testləri aparılmalıdır. Su izolyasiya tətbiqindən sonra beton üzlük və ya sonrakı təbəqə hazır hala gətirmək üçün incə suvaqla bütün səth suvanmalıdır.