İstifadə sahələri

Geriyə qayıt

Ana səhifə / İstifadə sahələri / Zəmin

Zəmin təmiri tələb edən yerlərdə keramika qoyulması

Zəmin təmiri tələb edən yerlərdə keramika qoyulması

Səthin hazırlanması

Hamar olmayan zeminlərdə keramika yapışdırılmasından öncə mütləq səth düzəldilməlidir. Keramika tətbiqi zamanı yapışdırıcı ilə bu nahamarlıqları aradan qaldırmaq olduqca yanlışdır. Əks halda lazımi qat qalınlığı təmin olunmaz, keramikaların düzülüşündə estetiklik pozular. Eyni zamanda yapışdırıcının lazimindən artıq qalınlıqda istifadəsi, onun quruması zamanı büzüşməsinə və səthin pozulmasına səbəb olar.

Hamar, ancaq ayrı-ayrı yerlərdə səviyyə fərqləri olan zeminlərdə təmir materiallarından istifadə edərək səthdə təmir işləri aparılmalıdır. Eyni səviyyəyə gətirilməsi lazım olan səthlərdə isə öz-özünə yayıla bilən, istifadəyə hazır döşəmə düzəltmə materialları tətbiq edərək 4-8 mm və 20-40 mm-ə qədər hamarlaşdırmaq mümkündür.


Keramika yapışdırma və dərz doldurğu tətbiqi

Kiçik ölçülü keramika tətbiqində EN12004-1 standartına görə C1 sinfi yapışdırıcılardan uyğun olanı, orta və böyük ölçülü keramika tətbiqində isə yüksək performanslı, əlavə xüsusiyyətləri artırılmış C2 sinfi məhsullardan uyğun olanı istifadə olunmalıdır. Uzunömürlü dərz dolğusu üçün silikon tərkibli, antibakterial dərz dolğusu istifadə edilməlidir.

imzali whatsapp elaqe